BAKI, 1 iyun. TELEQRAF

“Mançester Yunayted”in qapıçısı Senne Lammens İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ən yaxşı transferi mükafatına layiq görülüb.

Teleqraf xəbər verir ki, bu mükafat mövsüm ərzində yeni klubunun nəticələrinə ən böyük təsir göstərən futbolçuya təqdim olunur.

23 yaşlı belçikalı qolkiper yay transfer pəncərəsinin son günündə “Antverpen”dən “Mançester Yunayted”ə keçib. O, “qırmızı şeytanlar”ın Premyer Liqanı üçüncü pillədə başa vurmasında əsas rol oynayıb. Bu nəticə klub üçün son üç mövsümün ən yaxşı göstəricisi olub.

Lammens azarkeşlərin səsverməsi nəticəsində qalib elan edilib.

O, səsvermədə Dominik Kalvert-Lyuin (“Lids”), Rayan Şerki (“Mançester Siti”), Viktor Dekeresh (“Arsenal”), Joao Pedro (“Çelsi”), Antuan Semenyo (“Mançester Siti”), Adriyen Trüffer (“Bornmut”) və Qranit Cakanı (“Sanderlend”) qabaqlayıb.