BAKI, 1 iyun. TELEQRAF
İranın ABŞ ilə əlaqələri dayandırması barədə xəbərlərdən sonra neft qiymətləri kəskin şəkildə artıb və bu da atəşkəsin uzadılması perspektivlərinə şübhə yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Qərbi Texas Intermediate (WTI) xam neftinin qiyməti 6,5% artaraq bir barel üçün 93 dollara çatıb. Bu fonda ABŞ dövlət istiqrazlarının qiymətləri aşağı düşüb və 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi 4,5%-ə çatıb.