BAKI, 14 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinlə münasibətlərin tarixdə ən yaxşı mərhələyə çatacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu fikirləri Pekində Çin sədri Si Cinpinlə görüşünün əvvəlində səsləndirib.

“Burada olmaq mənim üçün şərəfdir. Sizin dostunuz olmaq da şərəfdir. Çinlə ABŞ arasındakı münasibətlər əvvəlkindən daha yaxşı olacaq”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, iki ölkəni qarşıda “möhtəşəm gələcək” gözləyir.