BAKI, 28 may. TELEQRAF
Dubaydakı Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan Bürc Xəlifə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb", - paylaşımda bildirilib.
Hal-hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan Bürc Xəlifə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
— Consulate General of Azerbaijan in Dubai (@ConsulGenDubai) May 28, 2026
Təşəkkür edirik BƏƏ!
Bayramınız mübarək!#28May#Azerbaijan pic.twitter.com/NgHFnzdNoW