BAKI, 1 iyun. TELEQRAF
Kamboca Kralı Norodom Sihamoni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, Sizə cansağlığı, şəxsi rifah, xalqınıza isə tərəqqi və firavanlıqla bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Mən Kamboca Krallığı ilə Azərbaycan Respublikası arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, bu əlaqələr qarşıdakı illərdə ölkələrimizin və xalqlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcək.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".