BAKI, 16 may. TELEQRAF
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün rəsmi olaraq 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.
Teleqraf xəbər verir ki, bu güclü qlobal reaksiya WUF13-ün artan çəkisini və daha təhlükəsiz, daha inklüziv, dayanıqlı şəhərlər və icmalar formalaşdırmaq üçün ortaq öhdəliyi əks etdirir.
Bakı dünyanı qarşılamağa hazırdır.
