BAKI, 16 may. TELEQRAF

Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun şəhərində dronun yaşayış ərazisinə düşməsi nəticəsində iki evə ziyan dəyib.

Teleqraf Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə Kazım Karabekir rayonunda qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində iki evin dam örtüyü zədələnib. Təxminən 1 metr uzunluğunda olduğu ehtimal edilən PUA hazırda mütəxəssislər tərəfindən araşdırılır.