BAKI, 16 may. TELEQRAF

İngiltərədə sürətlə yayılan Norovirus səbəbindən məktəblərdən biri bağlanıb.

Teleqraf xarici mətbuata istinadla xəbər verir ki, virusun əlamətlərinin sürətlə artmasından sonra məktəb rəhbərliyi binanı boşaldıb və virusun yayılmasının qarşısını almaq üçün geniş dezinfeksiya işlərinə başlayıb.

Qışda daha çox rast gəlindiyi, lakin yayda da görünə biləcəyi üçün Norovirus son zamanlar təkcə məktəblərə deyil, həm də səyahət sahəsinə təsir göstərib. Eyni zamanda Kruiz gəmisində 50 nəfərin virusa yoluxmasından sonra 1700 sərnişin və heyət karantinə alınıb, səlahiyyətlilər isə virusun səthlərdə günlərlə və hətta həftələrlə yaşaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Norovirus mədə-bağırsaq infeksiyası yaradan yoluxucu virusdur. Əsas simptomları qusma, ishal, ürəkbulanma və qarın ağrısıdır. Adətən çirkli qida, su və ya təmas yolu ilə yayılır.