BAKI, 15 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın artıq başa çatdığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Mariya Bartiromo ABŞ lideri ilə müsahibəsinin nəticələrinə əsasən məlumat verib.

Jurnalistin sözlərinə görə, Tramp İrana qarşı hərbi fəaliyyətlərdən keçmiş zamanda danışıb. Bu isə əməliyyatın bitib-bitmədiyi ilə bağlı sual doğurub.

“Bu başa çatdı”, - deyə Bartiromo Trampın sözlərini sitat gətirib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens də Vaşinqtonun İranda qarşıya qoyduğu məqsədlərə nail olduğunu və hərbi əməliyyatların mərhələli şəkildə dayandırıla biləcəyini açıqlamışdı.