BAKI, 16 may. TELEQRAF

“Fənərbağça”da yeni baş məşqçinin kim olacağı ilə bağlı müzakirələr davam edir.

Teleqraf "A Bola" nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisinin namizədlərindən biri Jorje Jezusdur.

Məlumata görə, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çalışan təcrübəli mütəxəssislə “Fənərbağça” arasında may ayının sonunda gödəşqçi ərəb futbolundan ayrılmağa müsbət yanaşır. “Sarı-lacivərdlilər”in bunun üçün 15 milyon avrodan çox büdcə ayırdığı bildirilir.

Jorje Jezusla yalnız “Fənərbağça” maraqlanmır. Poartuqaliyadan “Sportinq Lissabon”da təcrübəli mütəxəssisi komandaya cəlb etmək istəyir.

Qeyd edək ki, Jezus 2022/23 mövsümündə “Fənərbağça”nı çalışdırıb. O, İstanbul klubunun başında 53 oyuna çıxıb və hər matçda orta hesabla 2,23 xal toplayıb. Jezus həmin mövsüm “sarı-lacivərdlilər”lə Türkiyə Kubokunun qalibi olub.