BAKI, 8 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trump Pakistanın Vaşinqtondan İranla danışıqlar dövründə “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatını dayandırmağı xahiş etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Pakistan rəhbərliyi əməliyyatın müvəqqəti dayandırılmasını istəyib:

“Pakistan və onun liderləri çox yaxşı addım atdılar. Danışıqlar zamanı bunu etməməyimizi xahiş etdilər”, - ABŞ prezidenti qeyd edib.

Tramp əlavə edib ki, zərurət yaranarsa, ABŞ əməliyyatı yenidən bərpa edəcək.

Qeyd edək ki, “Project Freedom” əməliyyatı Hörmüz boğazında hərbi qarşıdurma səbəbindən bölgədə qalan gəmilərin müşayiət olunmasını nəzərdə tutur.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazmışdı ki, Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Mohammed bin Salman ilə telefon danışığından sonra əməliyyatı dayandırıb.