SUMQAYIT, 16 may. TELEQRAF
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin F.Həşimov küçəsində, Alüminium Zavodunun yaxınlığında qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Fikrət Yunis Fikrət oğlunun idarə etdiyi “Kia Forte” markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub.
Qəza nəticəsində 1961-ci il təvəllüdlü Məmmədov Xəqani Müzəffər oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.