BAKI, 16 may. TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri bir gecə ərzində ölkə bölgələri üzərində 138 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumlar mayın 15-i Bakı vaxtı ilə saat 19:00-dan mayın 16-sı saat 08:00-dək qeydə alınıb.
“Ötən gecə hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Voronej, Kursk, Rostov, Orel, Tula, Kaluqa, Lipetsk, Ryazan, Smolensk və Tver vilayətləri, Krasnodar, Krım, Moskva, həmçinin Azov və Qara dənizlərinin suları üzərində 138 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, – məlumatda qeyd olunub.