BAKI, 16 may. TELEQRAF

Saat 15:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Zaqatala, Qax (Sarıbaş), Balakən, Xızı, Qrız, Xınalıq, Qəbələ, Qobustan, Qusar (Laza), Quba, Xaltan, Xaçmaz, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl, Tovuz, Ağstafa, Mingəçevir, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlıda arabir şimşək çaxır, yağış yağır.

Saat 12:53-12:58 radələrində Şuşa şəhərində diametri 10-13, saat 14:12-14:16 radələrində Laçın rayonunun Minkənd, Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 18 m/s-dək güclənir.

***

12:20

Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər rayonlarında arabir yağış yağır, şimşək çaxır. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 11, Ordubad və Naxçıvanda 8, Şərurda 7, Daşkəsən və Culfada 6, Şəmkir və Şahbuzda 5, Göygöl, Gəncə, Lənkəran və Yardımlıda 4, Sədərəkdə 3, Astara, Lerik və Tovuzda 2, Ağstafa, Goranboy, Balakən, Qax, Zaqatala, Şəki, Quba, Qusar, Şahdağ, Sabirabad, Biləsuvar, Cəlilabad, Naftalan, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Mingəçevir və Daşkəsəndə 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18, Gədəbəydə 16 m/s-yə çatır.