BAKI, 16 may. TELEQRAF
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalandı.
Teleqraf xəbər verir ki, imzalanma mərasimi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxla görüşündən sonra keçirilib.
Gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla, növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.