
Milli Məclisin növbəti iclası başlaylıb.
Teleqraf.com-un xəbərinə görə, spiker Oqtay Əsədov bildirib ki, bir neçə gündən sonra Xocalı faciəsinin növbəti ildönümü qeyd ediləcık. O, bu faciəni dünyanın ən dəhşətli soyqrımı kimi qiymətlənmdirib. Spiker deyib ki, bu xüsusi amansızlıqla törədilən qətliamdır: "Milli Məclis Xocalı hadisələrini soyqrım kimi qiymətləndirib. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Xocalı qətliamını dünyada tanıtdırmaq üçün iş apardı. Prezident İlham Əliyevin zamanında da bu istiqamətdə ciddi işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası aparılır”.
Oqtay Əsədov bildirib ki, Meksika, HondUras, Sudan, Pakıstan, Rumıniya Serbiya, İordaniya, ABŞ-ın 15 ştatı və digər ölkələr bu hadisəni soyqrım kimi qiymətləndirərək hadisəni pisləyib: “Bu günlərdə Milli Məclisin 20-dən çox deputatı dünyanın müxtəlif yerlərində keçirilən tədbirlərdə iştirak edir. Biz əminik kli, bu qətliamı törədənlər cəzalarını alacaq”.
Spiker əlavə edib ki, bütün bunlar prezidentin apardığı xarici siyasətin nəticəsidir. O, bu məsələdə Milli Məclisin və qeyri-hökumət təşkilatlarının fəaliyyətini də müsbət qiymətləndirib.
Daha sonra millət vəkilləri Xocalı qətliamı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Nemət