BAKI, 2 dekabr. TELEQRAF

"EuroPoll Statistics" sorğu təşkilatı Türkiyə ictimaiyyətinin hansı ölkələri dost hesab etdiyinə dair respondentlərin rəyini öyrənib.

Teleqraf "Yeni Ankara"ya istinadən xəbər verir ki, sorğu iştirakçılarına növbə ilə 20 ölkənin siyahısı verilib.

"Siz o ölkəni Türkiyənin dostu hesab edirsinizmi" sualı ilə keçirilən sorğuya Azərbaycan liderlik edib.

Respondentlərin 94,2%-i Azərbaycanı dost hesab edib. Ermənistan isə 3,3 %-lə siyahının sonunda yer alıb.

Cənubi Koreya (90%), Yaponiya (89,4%), İtaliya (70,7%) və Rusiya (62,1%) ilk beşliyə daxildir.

Ən az dost ölkələr İsrail (8,2%), Fransa (9,6%), Böyük Britaniya (11,4%) və ABŞ (17,2%) olub.