BAKI, 16 dekabr. TELEQRAF
“Bu gün gözəl Qarabağa qayıdırıq”.
Teleqraf xəbər verir ki, bunu Füzuli rayonundan məcburi köçkün düşmüş Füzuli Hüseynov doğma yurduna qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 1993–1996-cı illərdə döyüşlərdə iştirak edib və uzun illər Sumqayıt şəhərində yaşayıb:
“Bu gün mənim və ailəm üçün çox xoş və sevincli gündür. Nəhayət ki, doğma torpaqlarımıza qayıdırıq. Öz yurdumuza, öz torpağımıza, gözəl Qarabağımıza dönürük. Bu sevinci bizə yaşadan Prezident İlham Əliyevə, qazilərimizə dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirəm”, – deyə Füzuli Hüseynov qeyd edib.