Xəbər verdiyimiz kimi, "Kapital Bank"ın adından Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevə qarşı dələduzluq edilib.

"Kapital Bank"ın mətbuat katibi Arzu Əliyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, bank tərəfindən dələduzluğa qarşı lazımi tədbirlər görülür.

"Bu haqda ən qısa zamanda ictimaiyyətə məlumat veriləcək", - deyə Arzu Əliyeva söyləyib.

Qeyd edək ki, Hökumə Əliyevanın atasının hesabından 80 min 507 manat pul oğurlanıb.