Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, yanvar ayının 5-dən 9-dək Almaniyanın Oberammerqau şəhərində NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.