BAKI, 25 noyabr. TELEQRAF

“Zəfər” komandası AFFA U-14 Liqasından kənarlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Buna komandanın çempionat çərçivəsində “Sabah”la oyuna çıxmaqdan imtina etməsi səbəb olub. Nəticədə qarşılaşma baş tutmayıb.

Bu halın cari mövsümdə üçüncü dəfə təkrarlanmasını nəzərə alan İntizam Komitəsi “Zəfər”in 2026/2027 mövsümündə liqada iştirakına xitam verib. Komandanın keçirdiyi bütün oyunların nəticələri ləğv edilib.