BAKI, 25 noyabr. TELEQRAF

“Sabah” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, paytaxt təmsilçisi V turda İspaniya təmsilçisi “Barselona”nın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən görüş qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sabah” bundan öncə keçirdiyi dörd oyunun hamısında məğlub olub və turnir cədvəlinin sonuncu – 36-cı pilləsində qərarlaşıb.