BAKI, 7 noyabr. TELEQRAF

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularına ali hərbi rütbələr verildi.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova

“general-mayor” hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə

polkovnik Hikmət Rövşən oğlu Əliyevə

polkovnik Telman Əsgər oğlu Hüseynova.