BAKI, 7 noyabr. TELEQRAF
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
Bu barədə Teleqraf-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; "İçərişəhər–Həzi Aslanov" və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.