BAKI, 3 noyabr. TELEQRAF

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turunda gerçəkləşib. Muxtar Respublika təmsilçisi öz meydanında “Zirə” ilə sülhə imza atıb – 2:2.

“Araz-Naxçıvan” Premyer Liqada keçirdiyi 157-ci matçında “40”a çatıb. Heç-heçələrdən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb. Naxçıvan təmsilçisi turnirin tarixində ən azı 40 görüşdə bir xal əldə edən 21-ci komandadır.