BAKI, 3 noyabr. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçiriləcək.
Günün maraqla gözlənilən görüşlərindən birində Türkiyə təmsilçisi “Qalatasaray” Almaniyanın “Ştutqart” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
İspaniya nəhəngi “Barselona” isə İngiltərənin “Aston Villa” komandası ilə üz-üzə gələcək. Bu görüş saat 00:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Sabah” noyabrın 4-də Norveçdə “Vikinq”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
3 noyabr
21:45. “Şaxtyor Donetsk” – “Sportinq”;
21:45. “Qalatasaray” – “Ştutqart”;
4 noyabr
00:00. “Atletiko Madrid” – “Bavariya”;
00:00. “Barselona” – “Aston Villa”;
00:00. “Feyenoord” – “İnter”;
00:00. “Budyo Qlimt” – “Lill”;
00:00. LASK – “Slovan Bratislava”;
00:00. “Mançester Yunayted” – “Roma”;
00:00. “Vilyarreal” – PSJ.