BAKI, 3 noyabr. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Brayton” komandasında çıxış edən Niderland millisinin qapıçısı Bart Verbrüggeni transfer etmək istəyir.

Teleqraf “Football Insider”ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperı Tibo Kurtuanın uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.

Mənbənin məlumatına görə, Verbrüggen Madrid klubundan təklif alacağı təqdirdə bu komandaya keçməyə müsbət yanaşa bilər.

Onun “Brayton”la müqaviləsi 2028-ci ilin yayına qədərdir. Bu səbəbdən İngiltərə klubu qarşıdakı yayda qapıçını satmaq və ya onunla yeni müqavilə imzalamaq qərarı verməli olacaq.

Qeyd edək ki, Verbrüggen cari mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 9 oyunun 6-da qapısını toxunulmaz saxlayıb. O, bu göstərici üzrə çempionatın liderlərindən biridir. Qolkiper ötən mövsüm qarşısı alınan qolların sayına görə də Premyer Liqada üçüncü yeri tutub. O, yayda dünya çempionatında Niderland millisinin heyətində çıxış edib.