BAKI, 26 sentyabr. TELEQRAF

Türkiyə millisinin UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda İtaliya ilə keçirəcəyi oyunun hakimi müəyyənləşib.

Teleqraf xəbər verir ki, sentyabrın 28-də keçiriləcək qarşılaşmanı İngiltərədən olan Maykl Oliver idarə edəcək.

UEFA-nın açıqladığı təyinatlara əsasən, onun köməkçiləri Stüart Bert və Ceyms Meynvarinq olacaq. Dördüncü hakim funksiyasını isə Darren İngland yerinə yetirəcək.

Bursadakı Atatürk İdman Kompleksi Stadionunda keçiriləcək görüş saat 22:45-də başlayacaq.

Maykl Oliver bundan əvvəl Türkiyə millisinin 4 oyununu idarə edib. Həmin görüşlərdə Türkiyə 3 qələbə qazanıb, 1 dəfə məğlub olub:

31.03.2026 – Kosovo 0:1 Türkiyə
07.09.2025 – Türkiyə 0:6 İspaniya
24.03.2021 – Türkiyə 4:2 Niderland
12.06.2015 – Qazaxıstan 0:1 Türkiyə