BAKI, 26 sentyabr. TELEQRAF
Belçika millisinin hücumçusu Romelu Lukaku ilə İtaliya yığmasının qapıçısı Canluici Donnarumma arasında mübahisə yaranıb.
Teleqraf xəbər verir ki, hadisə UEFA Millətlər Liqasının 1-ci turunda İtaliyanın Belçikaya 0:2 hesabı ilə uduzduğu matçın sonlarında baş verib.
Lukaku əvvəlcə barmağını dodağına apararaq Donnarummaya susmaq işarəsi göstərib. Daha sonra belçikalı hücumçu əl ilə qapıçının görüşdə iki qol buraxmasına eyham vurub.
Futbolçular arasındakı gərginlik final fitindən sonra da davam edib. Donnarumma meydanın mərkəzinə gələrək Lukaku ilə mübahisə edib. Tərəfləri hər iki komandanın futbolçuları ayırmalı olublar.
Hakim matç başa çatdıqdan sonra Lukaku və Donnarummaya sarı vərəqə göstərib.