BAKI, 26 sentyabr. TELEQRAF

Fransa millisinin hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının ilk turunda Türkiyəyə qarşı keçirilən oyunda zədələnib.

Teleqraf xəbər verir ki, 27 yaşlı futbolçu matçın 54-cü dəqiqəsində hesabı açıb. Bundan sonra sol dizində yaranan problem səbəbindən əvəzlənməsini istəyib və ikinci hissədə meydanı tərk edib.

Qeyd edək ki, Mbappe Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə gümüş medal qazanıb.

Hazırda İspaniyanın "Real Madrid" klubunda çıxış edən hücumçu cari mövsümdə keçirdiyi 8 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.