BAKI, 25 sentyabr. TELEQRAF

FIFA-nın onlayn reytinqində dəyişiklik baş verib.

Teleqraf xəbər verir ki, hazırkı sıralamaya əsasən, Mərakeş millisi Braziliyanı geridə qoyaraq 5-ci pilləyə yüksəlib. Braziliya isə 6-cı pilləyə geriləyib.

İlk 4 pillədə isə dəyişiklik olmayıb. İspaniya, Argentina, Fransa və İngiltərə müvafiq olaraq ilk dörd sırada qərarlaşıb.

Qeyd edək ki, onlayn reytinq keçirilən oyunlardan sonra yenilənir. FIFA reytinqinin növbəti rəsmi versiyası beynəlxalq fasilədən sonra, oktyabrın 7-də açıqlanacaq.