BAKI, 25 sentyabr. TELEQRAF
"Şəfa" Tiaqo Silvanı transfer edib.
Teleqraf xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sona qədər müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı qolkiper son 3 mövsümü Azərbaycanda - "Zirə"də keçirib. "Benfika"nın yetirməsi olan Tiaqo Silva ölkəsində isə "Vitoriya Gimaraeş", "Leyşoeş" və "Trofense" klublarının formasını geyinib.