BAKI, 25 sentyabr. TELEQRAF

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Teleqraf xəbər verir ki, millimiz Çexiyanın U-21 komandası ilə üz-üzə gələcək.

“Əlincə Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Oyunu İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Aaron O'Doud olacaq. Ona Darra Kiqan və Şeyn Cerrard O'Brayen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Norton yerinə yetirəcək.

Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.