BAKI, 25 sentyabr. TELEQRAF
“Birbaşa Bakı” və “Zirə” komandaları İspaniyanın Kambrils şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasında bu gün 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar.
Teleqraf xəbər verir ki, “Birbaşa Bakı” 1/8 finalda İngiltərənin “Bukovina Badeuti” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.
“Zirə” isə Monteneqronun “Sbbet” komandası ilə üz-üzə gələcək. Bu matç saat 16:00-da start götürəcək.
Qeyd edək ki, turnirdə Azərbaycanı təmsil edən digər komanda “Aznur” qrup mərhələsində mübarizəni dayandırıb.