BAKI, 25 sentyabr. TELEQRAF
Bu gün UEFA Millətlər Liqasında növbəti oyunlar keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk qarşılaşmasında Ermənistan Latviya ilə, Gürcüstan isə Şimali İrlandiya ilə üz-üzə gələcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Günün digər oyunları isə saat 22:45-də start götürəcək.
Günün ən diqqətçəkən qarşılaşmalarından biri Türkiyə ilə Fransa arasında keçiriləcək.
UEFA Millətlər Liqası
25 sentyabr
A Liqası, I qrup
22:45. Türkiyə - Fransa
22:45. İtaliya - Belçika
B Liqası, II qrup
20:00. Gürcüstan - Şimali İrlandiya
22:45. Macarıstan - Ukrayna
B Liqası, IV qrup
22:45. Polşa - Bosniya
22:45. İsveç - Ruminiya
C Liqası, II qrup
20:00. Ermənistan - Latviya
22:45. Monteneqro - Kipr.