BAKI, 25 sentyabr. TELEQRAF
UEFA Millətlər Liqasının 2026/27 mövsümünün qrup mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, sentyabrın 24-də ilk oyun günündə 8 qarşılaşma keçirilib. UEFA-nın təqviminə əsasən, həmin gün A, B və D liqalarında matçlar baş tutub.
A Liqası
Niderland – Almaniya 0:1
Serbiya – Yunanıstan 1:1
Norveç – Danimarka 3:2
Portuqaliya – Uels 1:0
B Liqası
Avstriya – İsrail 1:1
Kosovo – İrlandiya 1:0
D Liqası
Andorra – Malta 1:2
Lixtenşteyn – Litva 0:2
Millətlər Liqasının ilk turunun digər qarşılaşmaları sentyabrın 25 və 26-da keçiriləcək.