BAKI, 11 sentyabr. TELEQRAF
İspaniya təmsilçisi “Real Madrid” belçikalı qapıçı Tibo Kurtua ilə müqavilənin uzadılması barədə razılığa gəlib.
Teleqraf insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 2026/27 mövsümünün sonunda başa çatacaq müqavilə daha azı bir mövsüm uzadılacaq.
Beləliklə, 34 yaşlı qolkiper Madrid təmsilçisində ən azı 2028-ci ilin yayına qədər qalacaq.
Kurtua 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. “Çelsi”dən transfer olunan belçikalı bu müddətdə komandanın əsas liderlərindən birinə çevrilib və bütün turnirlərdə 338 oyuna çıxıb.
Qapıçı daha əvvəl karyerasını məhz “Real Madrid”də başa vurmaq istədiyini açıqlamışdı.