BAKI, 11 sentyabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubunda çıxış edən Manuel Noyer Çempionlar Liqasında mövsümlərin sayına görə alman futbolçular arasında rekorda imza atıb.

Teleqraf xəbər verir ki, buna 40 yaşlı qapıçının Norveçin “Bude/Qlimt” klubu ilə oyununda meydana çıxmasından sonra nail olub.

Münhen təmsilçisi qarşılaşmada 5:0 hesablı qələbə qazanıb. Bu, Noyerin Çempionlar Liqasındakı 18-ci mövsümüdür.

O, bu göstəricidə 17 mövsümlə ikinci olan Tomas Mülleri geridə qoyub.