BAKI, 10 sentyabr. TELEQRAF

"Turan Tovuz" yeni transferini açıqlayıb.

Teleqraf xəbər verir ki, komanda son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.