BAKI, 10 sentyabr. TELEQRAF

Sentyabrın 12-də Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Teleqraf xəbər verir ki, görüşə indiyə qədər 3500 bilet satılıb.

Futbol həvəskarları biletləri həm “iticket.az” saytı vasitəsilə, həm də matçın baş tutacağı Gəncə Şəhər Stadionunun kassalarında əldə edə bilərlər.

Onu da əlavə edək ki, biletlərin qiyməti 2-20 manat arasında dəyişir.

Oyun günü stadionun qapıları saat 16:00-da açılacaq.