BAKI, 10 sentyabr. TELEQRAF

Uğursuz nəticələr səbəbindən Joze Luis Mendilibarla yollarını ayıran Yunanıstanın “Olimpiakos” klubu yeni baş məşqçisini açıqlayıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniya təmsilçisi “Real Sosyedad”nin sabiq baş məşqçisi İmanol Alquasil komandanın sükanı arxasına keçib.

Mütəxəssis fevral ayında Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubundan ayrıldıqdan sonra işsiz idi.

“Olimpiakos” son illərdə baş məşqçi postunda ispan mütəxəssislərə üstünlük verir. Yunanıstan klubunu Ernesto Valverde, Miçel və Dieqo Martines kimi məşqçilər çalışdırıb.

İmanol Alquasil isə “Real Sosyedad”dan ayrıldıqdan sonra Avropada ilk dəfə başqa klubda baş məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Mendilibar ötən mövsüm “Olimpiakos”a klub tarixində ilk beynəlxalq kuboku qazandırıb. İspaniyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Konfrans Liqasının qalibi olub.