BAKI, 9 sentyabr. TELEQRAF

Fransanın "Lill" klubunun yaponiyalı hücumçusu Ayase Ueda UEFA Çempionlar Liqasında 14 illik nailiyyəti təkrarlayıb.

Teleqraf xəbər verir ki, bu göstərici I turda İspaniya təmsilçisi “Betis"lə matçda qeydə alınıb.
Görüşün 12-ci dəqiqəsində hesabı açan Ueda üçün bu qol Çempionlar Liqasında debüt olub. Üstəlik, bu məhsuldar zərbə yaponiyalı forvardın adını klubun tarixinə yazdırıb.
Ueda Canni Brunodan (noyabr 2012) bəri "Lill"in heyətində baş avrokubok turnirindəki debüt oyununda qol vuran ilk futbolçu olub.