BAKI, 5 sentyabr. TELEQRAF
Argentinalı mütəxəssis Marselo Qallardo Ekvador millisinin yeni baş məşqçisi təyin olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 50 yaşlı məşqçi Ekvador Futbol Federasiyası ilə 2030-cu il dünya çempionatına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.
Qallardoya Ekvador millisinin növbəti böyük turnirlərdə uğurlu çıxışını təmin etmək tapşırılıb.
Argentinalı mütəxəssis bu postda 2024-cü ildən Ekvador yığmasına rəhbərlik edən Sebastian Bekkaseseni əvəz edəcək.
Qeyd edək ki, Ekvador 2026-cı il dünya çempionatında 1/8 finala yüksəlib və bu mərhələdə Meksikaya 0:2 hesabı ilə məğlub olub.