BAKI, 5 sentyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək.

Hazırda Rəşad Sadıqovun komandası 9 xalla turnir cədvəlinin birinci, Valdas Dambrauskasın kollektivi isə 6 xalla dördüncü yerdədir.

Günün növbəti matçında isə “Neftçi” “Palms Sports Arena”da “Şəfa” ilə üz-üzə gələcək. 3 turdan sonra Yuri Vernidubun komandası 6 xalla ikinci, Zaur Həşimovun kollektivi isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
IV tur
5 sentyabr
18:30. “Sabah” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”

20:30. “Neftçi” – “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev

“Palms Sports Arena”