BAKI, 5 sentyabr. TELEQRAF

Fransanın PSJ klubu baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə yeni müqavilə 2030-cu ilədək nəzərdə tutulub.

56 yaşlı Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir. Onun rəhbərliyi altında Paris təmsilçisi üç dəfə Fransa çempionatının və Superkubokunun, iki dəfə isə Çempionlar Liqasının və Fransa Kubokunun qalibi olub. Komanda həmçinin UEFA Superkubokunu qazanıb.

Enrike daha əvvəl “Roma”, “Selta” və “Barselona” klublarını, həmçinin İspaniya millisini çalışdırıb. O, 2015-ci ildə FIFA tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının son iki mövsümünün qalibidir.