BAKI, 3 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Pro Liqa təmsilçisi "Əl-İttihad" heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf xəbər verir ki, ərəb klubu "Benfika"da çıxış edən Riçard Riosun transferini rəsmən açıqlayıb.

Yay transfer pəncərəsinin son mərhələlərində Türkiyə nəhəngləri "Qalatasaray" və "Beşiktaş"ın da yaxından maraqlandığı kolumbiyalı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

26 yaşlı futbolçu ötən mövsüm "Benfika"nın heyətində bütün turnirlər daxil olmaqla 45 rəsmi matçda forma geyinib. Bu qarşılaşmaların 16-sına ilk 11-də başlayan Rios komandasının aktivinə 8 qol və 6 məhsuldar ötürmə yazdırıb.