BAKI, 2 sentyabr. TELEQRAF
Türkiyə klublarından "Qalatasaray" növbəti transferini gerçəkləşdirib.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi El-Şaday Bitşiabunun keçidini açıqlayıb.
21 yaşlı müdafiəçi onun müqavilə ilə məxsus olduğu "Leyptsiq"dən (Almaniya) icarəyə götürülüb. Fransalı futbolçu artıq İstanbuldadır. "Sarı-qırmızılar" mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, El-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leyptsiq”ə keçib. Bitşiabu ötən mövsüm Almaniya təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb.