BAKI, 1 sentyabr. TELEQRAF

Türkiyə klublarından “Qalatasaray” Deniz Gülün transferi üçün rəsmi danışıqlara başladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, "cimbom" bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.

İstanbul təmsilçisi 22 yaşlı hücumçunun transferi ilə bağlı “Porto” ilə danışıqlara start verib.

Qeyd edək ki, Deniz Gül 2024-cü ildən "Porto"nun şərəfini qoruyub.