BAKI, 1 sentyabr. TELEQRAF

İspaniya nəhənglərindən “Barselona”nın futbolçusu Lamin Yamal klub tarixində 50 və daha çox qol vuran ən gənc oyunçu olub.

Teleqraf "Marca" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı vinger La Liqanın 3-cü turunda “Rayo Valyekano” ilə keçirilən oyunda buna nail olub. “Barselona” rəqibini 5:2 hesabı ilə məğlub edib.

Dubl edən Yamal bununla 91 ildir davam edən rekordu yeniləyib. Buna qədər rekord əfsanəvi “Barselona” hücumçusu Xosep Eskolaya məxsus idi. Eskola 1935-ci ildə 20 yaş 356 günlük olarkən Kataloniya klubunun heyətində 50-ci qolunu vurmuşdu.

Bu göstəriciyə ən yaxınlaşan futbolçu isə Lionel Messi olub. Argentinalı ulduz “Barselona”da 50 qola 21 yaş 120 günlük olarkən çatıb. Yamal isə bu rekordu 19 yaş 49 günlük olarkən müəyyənləşdirib.

Qeyd edək ki, “Barselona” La Liqada 3 turdan sonra 9 xalla turnir cədvəlinə başçılıq edir.