BAKI, 1 sentyabr. TELEQRAF
La Liqa nəhənglərindən "Barselona" dünya çempionu Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, klub bu barədə Messinin paylaşımına şərh yazıb.
"Son nəfəsinə qədər əlində olan hər şeyi verdin. Ölkən və bütün "Barselona" azarkeşləri geridə qoyduğun mirasla fəxr edirlər", - deyə klub qeyd edib.
Qeyd edək ki, Messi 31 avqustda karyerasını başa vurduğunu elan etdi. 2026-cı il Dünya çempionatında Argentina finala yüksəldi və İspaniyaya əlavə vaxtda 1:0 hesabı ilə məğlub oldu.
Messi milli komandada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.